9 C
Baku
Friday, December 13, 2024

Səudiyyə Kralının böhrandan çıxış yolu: MB sədrini dəyişdi, nazirlikləri birləşdirir

Neft qiymətlərinin düşməsi və pandemiyanın davamından ağır zərbə alan Səudiyyə Ərəbistanı iqtisadi kiçilməkdə davam edir. Yeni administrasiya isə iqtisadi yöndəmdə dəyişikliklərə gedərək çıxış yolu axtarışındadır. S.Ərəbistanı Mərkəzi Bankının (SAMA) sədri Ahmed el-Halifi vəzifəsindən azad edilib yerinə Fehd el-Mübarak təyin edilib.

Banker.az-ın S.Ərəbistanın rəsmi agentliyi SPA-nın istinadən xəbərinə görə, Kral Salman bin Əbdüləziz bununla bağlı sərəncam verib. Digər bir sərəncamda isə Mənzil Nazirliyi ilə Bələdiyyə və Kənd İşlər Nazirliyi birləşdirlib, Macid bin Abdullah el-Hakil buraya nazir təyin edilib.

Bu arada, S.Ərəbistanın dövlət büdcəsi 2020-ci ilin ilk doqquz ayında 49.2 milyard dollar (184.11 mlrd. riyal) kəsirlə tamamlanıb. S.Ərəbistanı Maliyyə Nazirliyinin açıqlamasına görə, yeni variantda koronavirus ilə neftin qiymətlərində yaşanan eniş səbəbindən icmal büdcə gəlirlərinin 2020-ci ilin ilk 9 ayında 24% azalmaqla 144.4 mlrd. dollar olub. Bunun qarşısında büdcə xərcləri ilk 9 ayda 3% azalmaqla 193.6 mlrd. dollar olub.

Son xəbərlər
Digər xəbərlər