Biznesin inkişafı (və irəlilədilməsi) alətləri içərisində bu gün internet-marketinq ən vacib rollardan birinə malikdir. Bukletlərin paylanması? Qəzet reklamları? Promotion (təbliğat) aksiyaları? Bütün bunlar yaxşıdır, amma daha yaxşı olanlar virus-roliklər və ya Facebook müsabiqələridir.
Ciddi şəkildə desək internet marketinq bütövlükdə bir elmdir. Bəzi alətləri bilmək azdır, həm də onlardan və hansı situasiyalarda istifadə etməyi də bacarmaq lazımdır. Bundan ötrü isə məhsul və malların internet vasitəsi ilə irəlilədilməsi metodları və prinsipləri barədə tam-bütöv təsəvvürə malik olmaq tələb olunur. Bu zaman Google sizin köməyinizə çata bilər, ya da sözü gedən mövzuda iki-üç yaxşı treninq, harada ki, bu sahədə -“dünya hörümçək torunda” biznesi təşviq etməkdə müvəffəqiyyət qazanmış peşəkar mütəxəssis öz təcrübəsini sizinlə paylaşmağa razı olacaq.
Ümumilikdə götürdükdə isə ayrı-ayrı vəsaitləri və alətləri qısa zaman kəsiyində mənimsəmək mümkündür. Əsas məsələyə eksperimentlərdən qorxmayaraq, yaradıcı yanaşmaqdır.
Virus çarx yaradın. Virus reklamın ən əsas üstünlüklərindən biri odur ki, onu çəkmək üçün nə video-kamera, nə də rejissor, nə operator lazım deyil. Bu zaman təsvir və səs effektlərinin keyfiyyətinə olan tələb minimaldır -virus çarxını hətta mobil telefon vasitəsi ilə də çəkmək mümkündür. Əsas olan ideyadır. Video yadda qalan və ən yaxşı isə gülməli olmalıdır: yəni elə olmalıdır ki, insanlar ona baxandan sonra, keçidi dostlarına göndərmək istəsinlər. Əlbəttə ki, çarxda bu və ya digər formada sizin məhsulun və ya brendin adı çəkilməlidir. Uğur qazanmış çarx nümunələrini siz heç bir çətinlik olmadan Google və ya digər axtarış saytlarında tapa bilərsiniz, qalan iş isə artıq sizin fantaziyanızın öhdəsinə düşür. Hazır məhsulu isə YouTube tipli pulsuz, havayı saytlara qoymaq olar. Əvvəlcə videonun keçidini bütün tanıdığınız insanlara göndərin, əgər sosial şəbəkələrdə hesabınız varsa, çarxı orada da yerləşdirə bilərsiniz.
Əgər çarxda maraqlı ideya varsa, onda zəncirvarı reaksiyaya ümid etmək olar. Seyredicilər və tamaşaçılar nə qədər çox olarsa, sizin brend haqqında informasiya əldə edən potensial müştərilərin sayı bir o qədər çox olacaq.
Sosial şəbəkədə müsabiqə keçirin. Əgər sizin Facebook və ya Twitter kimi sosial şəbəkələrdə hələ ki, öz məkanınız yoxdursa, onda elə məkanlar yaratmağın əsl vaxtı yetişib. Səhifələrin olması hələ o anlama gəmir ki, yaxın bir neçə həftə ərzində sizin müştərilərinizin sayı dəfələrlə artacaq. Amma PR aləti kimi, sosial şəbəkələrin fəaliyyəti həqiqətən effektivdir. Sizin rəqiblərin hansı növ tədbirlər, keçirdiyinə nəzər salın, onların fəaliyyətini izləyin, yəqin ki, siz özünüz də indiyə qədər şəbəkələrdə təşkil olunan müsabiqələrdə iştirak etmisiniz. Onlardan hansıların sizin daha çox xoşunuza gəldiyini xatırlayın və öz müsabiqənizi hazırlayın.
Müsabiqənin mexanizminin hazırlanmasına diqqətlə yanaşmaq lazımdır, elə etmək tələb olunur ki, insanlar bir-biri ilə müsabiqə barəsində olan informasiyanı paylaşsın, onda siz səhifənizdə oxucu sayını artırmağa nail ola biləcəksiniz. Digər vacib nüans isə odur ki, insanlar mükafat əldə etmək üçün həddindən artıq əziyyət çəkməli olmasınlar. Məsələn insan “like” (bəyəndim) düyməsini basdısa, o, artıq iştirakçılar sırasına daxil oldu. Mükafatlar isə ən müxtəlif ola bilər. Əlbəttə ki, səhifənizin oxucuları bahalı Apple planşeti və ya Samsung ev kinoteatrı üçün daha həvəslə və daha ciddi vuruşacaqlar. Amma mükafatlar hətta adi danışıq kartları və ya digər simvolik hədiyyələr də ola bilər. Hər şey ideyanın orijinallığından və sizin onu necə təqdim edəcəyinizdən asılıdır.
Öz saytınızda forum yaradın. Əgər saytınız yoxdursa, ilk addım olaraq, sayt yaratmaqdan başlayın (ümumiyyətlə götürdüksə isə internet marketinqinlə bağlı biznes təşviqini məhz elə saytdan başlamaq lazımdır . Sizin real və potensial müştərilərinizə çox güman ki, öz müştəri təcrübələrini paylaşmaq, bəzi məsələləri müzakirə etmək uşun və onlar maraqlarındıran problemi sual şəklində qoya biləcəyi virtual məkan lazım olacaq. Onlara bu imkanı yaradın, forumu mümkün qədər canlı etməyə çalışın. Qoy insanlar burada öz təəssüratlarını paylaşsın, təzə xəbərləri bir-biri ilə bölüşsün. Bundan ötrü müxtəlif üsullar vardır, amma ən vacibi –sizin əks əlaqə əldə etmək və öz hədəf auditoriyanız ilə qarşılıqla əlaqədə olmaq istəyidir. Sadəcə bütün bunlara vaxt ayırmağa hazır olun.