-3 C
Baku
Sunday, December 15, 2024

Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklik

Azərbaycan vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmayan ölkə vətəndaşının fərdi identifikasiya kartının tətbiq müddətləri uzadılır.

Milli Məclisdən  verilən məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər təklif edilir.

Qanuna təklif edilən dəyişikliyə əsasən, 2017-ci il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Hazırki qanunda isə bu qaydalar 2015-ci il dekabrın 1-dək verilən şəxsiyyət vəsiqələrinə tətbiq edilir. Qanunun qüvvəyə minməsi vaxtının da 2015-ci il dekabrın 1-dən 2017-ci il yanvarın 1-dək uzadılması təklif edilir.

Trend

Son xəbərlər
Digər xəbərlər