10 C
Baku
Friday, December 13, 2024

Səylə çalışmağın işdə qələbə qazanmağa kifayət etmədiyini göstərən beş səbəb

Hazırkı iqtisadi qeyri müəyyənlik dövründə, yeni imkanları görmək və dəyərləndirmək sizin müvəffəqiyyət qazanmağınız üçün ən başlıca açardı. Sadəcə daha zəhmətlə çalışmaq və uzun iş saatları ilə öz müdirinizdə xoş təəssürat yaratmaq indi kifayət eləmir.

Indiki əmək yaradıcılığı məkanında, iş yerlərində siz iş prosesi ilə bağlı beş tələbə cavab verməlisiniz ki, özünüzün gələcək uğurunuzu təmin edəsiniz. 

1.    Yüksək etimad səviyyəsi ilə seçilən və əhəmiyyət daşıyan münasibətlərin qurulması

Indi sadəcə münasibətlərin qurulması kifayət etmir. Sizin düzgün adamlara etibar etməyiniz, hardasa sərmayə yatırmağa bərabər tutulur. Iş məkanında sizin ünsiyyətdə, təmasda olduğunuz insanları dörd qrupa bölmək olar: liderlər, qaldırıcılar, avaralar və zəlilər. Bu insanlardan hər birinin stolun üzərinə gətirdiyi dinamikləri necə hərəkət etdirməyi seçmək məhz sizin dərrakənizin öhdəsinə düşən məsuliyyətdir. Bu insanlardan hər birinin sizin uğura necə təsir göstərə biləcəyini heç zaman qarışıq salmayın:

•    Liderlər sizin istedadı kəşf edir və bundan ən yaxşı şəkildə istifadə edə bilməyiniz üçün müvafiq şərait yaradırlar.
•    Qaldırıcılar sizi yaradıcılığa ürəkləndirir və bunu tətbiq etmək üçün yeni yollar tapmağa sizə kömək edirlər.
•    Avaralar sizin iş tempinizi aşağı salır və həmişə sizin ideyalarınızdan şikayətlənir.
•    Zəlilər isə yalnız öz xeyirləri naminə sizin ideyalar ilə maraqlandıqlarını göstərməyə çalışırlar.

Yüksək etimad səviyyəsi ilə seçilən və həqiqətən də əhəmiyyət kəsb edən münasibətlər qurumaq üçün siz öz şəbəkə quruculuğu fəaliyyətinizi ciddi şəkildə yenidən baxışdan keçirməlisiniz.

2) Mentorinq  sizin təşkilati nailiyyətlər üçün həqiqi töhfələrinizi üzə çıxarır (mentorinq işə gələn gənc mütəxəssisin və ya yeni əməkdaşın təcrübəli bir mütəxəssisə ortaq etmək ilə yeni biliklər və səriştə qazanılması metodu, bu təlim zamanı o təcrübəli mütəxəssisin fəaliyyətini, qərar qəbul etmə prosesini və s müşahidə edir)

Mən diqqət yetirmişəm ki, sizin daha kimin isə uğurunu sərf etməyə kifayət qədə əlavə vaxtınız yoxdur, həm də indi müəssisələr əlavə treninqlər üçün ya ümumiyyətlə büdcə ayırmır, ayırdıqda isə onun imkanları çox məhdud şəkildə olur. Onda, bu zaman orqanik treninq mühiti üçün imkanlar böyüyür ki, bu da işçilərə biri-birini öyrətməsinə (mentorluq etməyə) icazə verir. Lakin bu mentorinq yanaşmasının fərqi ondadır ki, sən nəinki digərlərini öyrətmək seçimini edirsən, həm də digərlərinin sənə kömək etməsinə icazə vermək üçün şüurlu şəkildə öz razılığını vermiş olursan.

Əgər sən icraçı direktorsansa hər hansı bir işçi resurs qrupuna və ya öz səslərini qaldırmaqdan, həmçinin karyeralarını yüksəltməkdən ötrü bələdçiyə ehtiyac duyan yüksək potensiallı talantlara dəstək olmağı öz öhdənə götürə bilərsən. İcraçı direktorun dəstək olması çox güclü və dəhşətli dərəcədə məsuliyyətli bir vasitədir.  Dəstək olmaq istədiyinizə tam əmin olmayınca, yəni buna çox güclü həvəsiniz olmayana qədər öz üzərinizə bu öhdəliyi götürməyin. Sizin bu sahədəki fəaliyyətiniz, hərəkətləriniz çox ciddi nəzarətdə saxlanılacaq və əgər sizin iştirakınız özünü doğrultmasa, lazımı effekt verməzsə, bu əks yanğına səbəb olacaq (qaş düzəlmək əvəzinə, göz çıxarmaq). Amma xoşbəxt sonluqlu əhvalat, həm təşkilatın, həm də onunla birlikdə sizin də uğurunuzun yüksəlməsinə səbəb olacaqdır.

3.   Təşkilatı mədəniyyəti yaxşıca nəzərdən keçir və onun daha yaxşı təşəkkül tapmasına necə dəstək ola biləcəyini müəyyən etməyə çalış.

İş məkanında müvəffəqiyyətli təşkilatı mədəniyyəti qurmaqdan ötrü həm də yaxşı tərbiyə ənənəsi tələb edir. Bir addım geri çəkilin və sizin şəxsiyyətinizin, həmçinin səsinizin məqsədyönlü şəkildə bu prosesə bir nümunə kimi necə təsir edə biləcəyi haqqında fikirləşin. Təkcə öz mənafeyi və təşkilat daxili yüksəlişi barədə düşünən deyil, həm də kollektivin və onu ayrı-ayrı üzvlərinin inkişafı üçün nəyin tələb olduğunu düşünən açıq-fikirli lider olmağa çalışın.

Təşkilatı mədəniyyətin təşəkkül tapmasında hamıdan öncə məhz sizin maraqlı olduğunuzu göstərin və mütəmadi olaraq onun nəticələri nəzərdən keçirin, təkcə müəssisənin böyüməsi üçün olan xeyirləri deyil, həmçinin də gündəlik olaraq bunu yaşayan ayrı-ayrı fərdlərin inkişafına göstərdiyi təsiri də yoxlayın.

4) Öz səlahiyyətlərinizi müəssisə daxili vəzifələrdən kənarda da yaymağa çalışın.

Öz təşkilatının yüksəlişi naminə işdən kənar fəaliyyətə cəlb olunmaq istəyən insanların sayı elə də çox deyil. Amma Korporativ Sosial Məsuliyyət (KSM) Corporate social responsibility (CSR) təşəbbüsləri artıq başlamaq üzrədir. Baxmayaraq ki, bir çox KSM proqramları hələ də uşaqlıq mərhələsindədir, bu sizə yeni ideyaları paylaşmaq və KSM-in  biznesin böyüməsinə necə töhfə olacağını öyrənmək imkanları verir.

5) Öz davamçılarınızı da eyni şeyi etməyə ruhlandırın

Sizin iş məkanındakı məşğuliyyətlərinizin digərlərinin də marağına səbəb olmasının və diqqət çəkməsinin yollarını axtarın. Özünüzü çox yuxarı çəkməyin, amma öz fəaliyyətinizin nəticələri ilə də asan-asan paylaşmayın, qoyun insanlar sizin həm maddi gəlirləriniz barədə, həm də müəssisənin müvəffəqiyyətinə verdiyiniz töhfələrlə bağlı yaşadığınız şəxsi məmnuniyyət hissindən xəbər tutmağa çalışsın və buna görə narahat olsunlar.

Digərlərinin də uğur qazanması üçün yeni yollar xəritəsi yaradın. Işarələr qoyun. Öz perspektivlərinizi genişləndirməkdən qorxmayın. Bir ölçülü (müstəvi üzərində) mühakimə etmək qabiliyyətindən imtina edin və ölçülü (fəzada) meyarlar sisteminə daxil olun. Çünki bu cür mühakimə sistemi daha məntiqi və daha sağlam əsaslar üzərindədir.

Sonda onu qeyd etmək istərdik ki, sizin karyeranın davamlılığı və onun yüksəlişi böyük miqdarda sizin öz təşkilata gətirdiyiniz dəyərdən asılı olur. Yəni siz xidmət göstərdiyiniz təşkilatın dəyərini artırmalısınız. Bu təkcə gündəlik gəlirlərdə deyil, həmçinin də son nəticədə öz əksini tapmalıdır. Başqa sözlərlə, siz özünüzü portfolio menecer kimi göstərməlisiniz.

Sizin iş vəzifələrinizin təsvirinə həm də təşkilatı dəyərlərin artırılması üçün unikal yollar tapa bilmə qabiliyyətiniz də olunmalıdır. Bu təşkilatı keyfiyyətlər sırasında aid ola bilər : 1) Müştərilər ilə münasibətlər 2) zəncirin bir həlqəsi olmaq 3) brend 4) satıcı münasibətləri 5) KSM təşəbbüsləri, 6) təşkilati mədəniyyət 7) sizin həmkarlar 8) sizin özünüz brend qismində və s. Bir lider kimi sizin beyninizin bir hissəsi həmişə müəssisədəki dəyərin artırılması ilə bağlı tədbirlərin daha da intensivləşməsi  və bunların sizin ətrafınızda olan insanların həyatına necə təsir göstərməsi ilə məşğul olmalıdır.

Son xəbərlər
Digər xəbərlər