27 C
Baku
Saturday, July 27, 2024

S.Ərəbistanı qiymətləri artırır, neft bahalaşır

Neftin qiyməti Asiya birjalarında Səudiyyə Ərəbistanın ABŞ və Asiya üçün qiymətlərinin artırılması, İran ilə ABŞ arasında olan nüvə üzrə danışıqların nəticəsiz qalması xəbərləri ilə bahalaşmağa başladı.

Banker.az xəbər verir ki, Londonun ICE birjasında Brent neftinin bir barreli 1.96% artımla $71.25 səviyyəsinə, WTI nefti isə 2.01% artımla $67.59 səviyyəsinə yüksəlib.

Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı növbəti ay – yanvardan öncəki ayla müqayisədənefti 80 sent bahalaşdırıb. Bununla belə, bildiyniz kimi OPEC və onunla eyni alyansda olan ölkələr dekabrın 2-də qərara gəldilər ki, neftin hasilatını gündəlik ifadədə yanvardan daha 400 000 barrel artıracaqlar.

Səudiyyə Ərəbistanı dekabr ayından “Arab Light” markalı xam neftin barelini Asiya üçün 60 sent bahalaşdırmaqla $3.30 satırdı.

 

Son xəbərlər
Digər xəbərlər