25 C
Baku
Saturday, April 20, 2024

S.Ərəbistanı vəliəhdi: “Neft təsəvvüredilməz dərəcədə bahalaşa bilər”

“Dünya liderləri İrana qarşı qəti tədbir görməzsə, neft indiyə qədər görünməmiş dərəcədə bahalaşacaq”.

Report agentliyi “BBC-yə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd ibn-Salman bildirib.

“İrana qarşı sərt fəaliyyətə keçilməsə, dünyada maraqları təhdid edəcək ekspansiyanın şahidi olacağıq. Bu zaman neftin tədarükündə başıpozuqluq yaranacaq. Neftin qiyməti isə təsəvvüredilməz dərəcədə artacaq”, – M.ibn–Salman vurğulayıb.

Onun sözlərinə görə, Yaxın Şərq ölkələri dünyada neftə olan tələbatın 30%-ni, qlobal ticarət dövriyyəsinin 20%-ni və adambaşına düşən ümumi daxili məhsulun 4%-ni təmin edir: “Bu tərkib hissələrindən birinin məhv olmasını təsəvvür edin. Bu, təkcə Səudiyyə Ərəbistanı və Yaxın Şərq ölkələrinin deyil, dünya iqtisadiyyatının kollapsına gətirib-çıxara bilər”. 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər