9 C
Baku
Thursday, December 12, 2024

S. Ərəbistanı Çin texnologiya şirkətləri üçün tələbləri sərtləşdirəcək

Səudiyyə Ərəbistanı hakimiyyəti aparıcı Çin texnologiya şirkətlərini böyük sövdələşmələr müqabilində ölkəyə investisiya qoymağa məcbur edir. “Financial Times” yazır ki, son üç il ərzində yerli şirkətlərlə birgə müəssisələr qurmaq müqabilində Səudiyyə Ərəbistanı ilə çoxmilyonlarla dollarlıq sövdələşmələr bağlayan korporasiyalar arasında “Alibaba” və “SenseTime” var.

Fondların idarə edilməsi, texnologiya və konsaltinq sahələrində çalışan insanlar da daxil olmaqla beş mənbənin Britaniya nəşrinə verdiyi məlumata görə, Səudiyyə tərəfi Çin şirkətləri ilə əməliyyatlar üçün getdikcə daha sərt tələblər qoyur.

Bəzi hallarda Çin şirkətləri öz texnoloji inkişaflarını səudiyyəlilərə ötürməli, səudiyyəli mütəxəssislər hazırlamalı və ya ölkədəki digər layihələri maliyyələşdirməyə razılıq verməli olurlar. Çinli investorların fikrincə, on il əvvəl onlar heç bir şərt olmadan, “tam fəaliyyət azadlığı” ilə sərmayələr alıblar.

Son xəbərlər
Digər xəbərlər