“S7 şirkətlər qrupu” Qapalı Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri, 55 yaşlı rusiyalı iş adam Natalya Fileva Almaniyada təyyarə qəzasında həlak olub.
RİA Novosti-nin məlumatına görə, martın 31-də N.Filevanın olduğu “Epic-LT” şəxsi təyyarəsi Almaniyanın Egelsbax hava limanında eniş edərkən qəzaya uğrayıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
N.Fileva 2018-ci ildə “Forbs” jurnalının tərtib etdiyi Rusiyanın ən zəngin qadınları siyahısında 4-cü yeri tutub. Onun var-dövləti 600 milyon dollar məbləğində qiymətləndirilir.