“Sabah City” texnoparkı yaradılacaq.
Bunu jurnalistlərə açıqlamasında Sabah HUB İnnovasiya mərkəzinin direktoru Rəhim Bayramlı deyib. O bildirib ki, “Sabah city” Elm və Təhsil Nazirliyi ilə birlikdə aparılan layihədir:
“Eko sistemin inkişafı üçün tələbələri bir yerdə cəmləmə və tədqiqatlar aparmaq istəyirik. Yaxın iki il ərzində” Sabah City” İnnovasiya mərkəzinin yaradılmasını düşünürük”.
O, həmçinin bildirib ki, 25 milyon dollarlıq sabah fondu yaradılacaq :
“Fondun məqsədi Azərbaycanda və Cənubi Qafqazda, Mərkəzi Asiyada startapları yatırımlarla təmin etməkdir. Düşünürük ki, 100-500 min dollar civarında yatırımlar etməkdir. Yaxın dörd il ərzində bölgədə 50-60 startapa investisiya yatırmağı düşünürük”.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılan layihələrə gəlincə, o qeyd edib ki, həmin ərazilərdə də layihələrin həyata keçirilməsi planlaşdırılır:
“İnsanlar haradadırlarsa, bacarıqlar haradadırsa, biz də eko sistem olaraq orada olacağıq. Yaxın zamanda Qarabağ universiteti fəaliyyətə başlayacaq. Orada olan sahibkarlar tələbələrin startapları da əlbəttə ki, bizə maraqlı olacaq”.