Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin dekabrın 30-u səhər videokonfrans vasitəsilə danışıqlar aparacaqlar.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Ölkə liderləri ikitərəfli münasibətləri müzakirə edəcək və ən kəskin regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.
“Videokonfransın ilk hissəsində liderlərin salamlama nitqi ictimaiyyətə açıq olacaq, söhbətin sonrakı hissəsi isə qapalı şəraitdə davam edəcək, avadanlıq və xüsusi əlaqə vasitələri bunu etməyə imkan verir”, – Peskov bildirib.
Rusiya və Çin arasında ticarət dövriyyəsi həcminin sürətlə artmasını qeyd edərək Peskov deyib ki, ölkələr arasında ikitərəfli münasibətlər danışıqların əsas mövzusu olacaq.
“Ən kəskin regional problemlər, o cümlədən Rusiyaya və Çinə daha yaxın olan məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq”, – Kreml rəsmisi vurğulayıb.