15 C
Baku
Friday, April 26, 2024

Sabaha AMB-nin yeni faiz qərarı gözlənilir

Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2019-cu il aprelin 26-da ictimaiyyətə təqdim ediləcəkdir.


Sabah Azərbaycan Respublikası Mərkəzi Bankı yeni faiz qərarını açıqlayacaq.

Mərkəzi Bankın sədri Elman Rüstəmov saat 11:00-da faiz dəhlizinin parametrlərini elan edəcəkdir.

Bundan əvvəl, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdi. Qərar 15 mart 2019-cu ildən qüvvəyə minmişdi.

“Mərkəzi Bankın cari ildə faiz dəhlizinin parametrlərinə dair növbəti qərarları inflyasiyanın faktiki və proqnoz səviyyəsi, ona təsir edən risklər balansının qiymətləndirilməsi əsasında veriləcəkdir”, – Elman Rüstəmov bildirmişdi. 

Mərkəzi Bank, yenilənmiş proqnozlara görə  2019-cu ildə inflyasiyanın hədəf daxilində (4±2%) qərarlaşacağını gözləyir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər