12 C
Baku
Wednesday, December 11, 2024

Sabahdan ​”United Credit Bank”ın əmanətçilərindən ərizə qəbuluna başlanılır

“United Credit Bank” ASC-də sığortalanmış əmanətlər üzrə kompensasiyaların ödənilməsi ilə bağlı əmanətçilərinə ərizələrin qəbiuluna fevralın 9-da başlanacaq. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

A.Cavadovun sözlərinə görə, ümumilikdə, əmanətlərin ümumi məbləği və əmanətçilərin sayı hələ dəqiqləşməyib.

ƏSF rəhbəri kompensasiyaların “Unibank” ASC vasitəsilə veriləcəyini də açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “United Credit Bank” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq, 26 yanvar 2016-cı il tarixindən banka müvəqqəti inzibatçı təyin edilib. Fevralın 3-də isə adıçəkilən bankda sığorta hadisəsi baş verdiyi rəsmən təsdiqlənib. Report

Son xəbərlər
Digər xəbərlər