Noyabrın 11-dən etibarən Türkiyədə dizel yanacağının qiyməti bahalaşacaq, benzində isə qiymət artımı gözlənilmir
Noyabrın 11-dən etibarən Türkiyədə dizel yanacağının qiyməti bahalaşacaq.
“Milliyet”ə istinadən, bu barədə Neft Məhsulları İşəgötürənlər İttifaqı bildirib.
Məlumata görə, dizelin qiyməti 10-12 quruş artacaq.
Neft Məhsulları İşəgötürənlər İttifaqının saytında deyilir ki, benzində isə 10-11 noyabr tarixləri arasında qiymət artımı gözlənilmir.