28 C
Baku
Saturday, July 27, 2024

Sabiq bank əməkdaşı MİDA-da yeni vəzifəyə təyinat alıb

Azərbaycan Respublikası Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) yeni təyinat olub.

Bu barədə Banker.az-a quruma yaxın mənbə məlumat verib.

Məlumata əsasən, 2018-ci ilin aprelində Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri kimi çalışan Fərman Qurbanlı bu aydan etibarən bu vəzifəsindən azad olunub.

F.Qurbanlı vəzifəsini tərk etdikdən sonra daha üst vəzifə sayılan aparat rəhbəri vəzifəsnə təinat alıb.

Qurbanlı buna MİDA-da çalışana qədər “Bank BTB” ASC-də Xəzinə departamenti direktoru vəzifəsini icra edib, daha əvvəl isə “PAŞA Bank”ın Korporativ bankçılıq əlaqələri üzrə idarəedici vəzifəsində çalışıb.

Bundan əlavə “NIKOIL Bank” (indiki Yelo Bank) və “Muğanbank”da müxtəlif vəzifələrdə çalışıb.

İngiltərədə Lançester Universitetində Pul, Bankçılıq və Maliyyə üzrə magistr dərəcəsi alıb.

Son xəbərlər
Digər xəbərlər