Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Elxan Allahverdiyevin əmri ilə 59 yaşlı Leysan Məmmədov Novruz oğlu başçının I müavin təyin edilib.
2021-ci ilin yay aylarına qədər Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktoru vəzifəsində çalışırdı. Mediada çıxan məlumata görə, o bu vəzifədən azad edilmişdi.
Qeyd edək ki, Binəqədi RİH başçsının birinci müavini vəzifəsi vakant idi və sonuncu dəfə bu posta Süleymanov İlqar Qəzənfər oğlu olub. O, 2021-ci ilin iyulunda bu vəzifədən azad edilmişdi.