2 C
Baku
Saturday, December 14, 2024

Sabiq icra başçısı barəsindəki hökmdən apelyasiya şikayəti verib

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsindəki ittihamedici hökmdən apelyasiya şikayəti verilib.

Sabiq icra başçısının vəkilləri tərəfindən məhkəməyə göndərilən şikayət ərizəsində müvəkkilləri barəsindəki hökmün ədalətli olmadığı bildirilib.

Vəkillər Namiq Zeynalovun verilmiş ittihamlarla təqsirsiz olduğunu qeyd edərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və bəraət qərarı verilməsini xahiş ediblər.

İş Şirvan Apellyasiya Məhkəməsində araşdırılacaq.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Namiq Zeynalov verilmiş ittihamlarla təqsirli bilinərək 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən sabiq icra başçısının üzərinə həbs qoyulmuş əmlakları da dövlət nəfinə müsadirə olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər