Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğluna yüksək vəzifə verilib.
Banker.az unikal.org-a istinadən xəbər verir ki, Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri təyin edilib. O, buna qədər Milli Məclisdə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışırdı.
Xəbəri Milli Məclisdən təsdiqləyiblər.