6 C
Baku
Saturday, December 14, 2024

Sabiq icra başçısının cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, A.Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Bundan başqa, sabiq icra başçısının Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Pentensiar Xidmətin istintaq təcridxanasına köçürüldüyü məlum olub.

Məhkəmənin növbəti iclası noyabrın 24-nə təyin olunub.

Qeyd edək ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər