16 C
Baku
Wednesday, October 16, 2024

Sabiq nazir hakim qarşısına çıxarılır

Külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilən sabiq əməkvə əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bağlı istintaq yekunlaşıb.

Onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin icraatına verilib. Zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb. Həlilik məhkəmənin hazırlıq iclasının vaxtı bəlli deyil.

Qeyd edək ki, S.Müslümov ötən ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.

Xatırladaq ki, Səlim Müslümovun istintaq müddəti 1 il 5 ay çəkib. Saxlanıldıqdan sonra barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 il 3 ay həbsdə qaldıqdan sonra səhhətindəki problemlərlə bağlı olaraq bu ilin mayında ev dustaqlığına buraxılıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər