Sudanın paytaxtı Xartumda ölkənin devrilmiş prezidenti Ömər əl-Bəşir həbsxanadan qaçıb.
Bu barədə “Al Araby” agentliyi məlumat yayıb.
“Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir Xartumun şimalındakı Koper həbsxanasından çoxlu sayda məhbusun müşayiəti ilə qaçıb”, – məlumatda bildirilib.
Qeyd edək ki, Ömər Həsən Əhməd əl-Bəşir hərbçi və dövlət xadimi, Sudanın keçmiş prezidentidir. O, 1989-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib, 30 ildən çox bu vəzifədə olub. Əl-Bəşir 2019-cu ilin aprelində Sudanda baş vermiş dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.