22 C
Baku
Friday, May 24, 2024

Sadır Japarov ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək.

Bu barədə “24.kg” informasiya agentliyinə müsahibəsində ölkə Prezidentinin mətbuat katibi Askat Alagözov bildirib.

Qırğızıstan Prezidentinin sözçüsü deyib: “Ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən uzunmüddətli beynəlxalq layihələrə start verildiyini və yenilərinin planlaşdırıldığını nəzərə alsaq, Sadır Japarovun ikinci müddətə prezident seçkilərində iştirakı siyasətdə ardıcıl addım olacaq”.

Bundan əvvəl Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov da “Azattuk” radiosuna müsahibəsində Prezidentin ikinci müddətə prezident seçkilərində iştirak edəcəyini bildirmişdi.

Sadır Japarov 2021-ci il yanvarın 10-da keçirilən prezident seçkilərində qalib gəlib. Gələn il keçirilməsi nəzərdə tutulan növbəti seçkilərin dəqiq tarixi hələ açıqlanmayıb.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər