15 C
Baku
Friday, March 29, 2024

Sağ qalmaq…

Sakit okeanda möcüzə nəticəsində sağ qalmış bir balıqçı insan bir il ərzində tısbağalar, çiy balıq və qağayıların çiy əti ilə qidalanaraq sağ qalmağa müvəffəq olmuşdu.

Xose Salvador Albanyaqa İvan MailOnline jurnalistlərinə müsahibə vermişdi.

“Mən sağam, mən sağam, mən buna inana bilmirəm”, – deyirdi o.

Ondan macəraları haqqında soruşanda o, belə cavab verirdi: “Mən demək olar ki, heç nə xatırlamıram. Bütün fikirlərimi bir yerə cəmləmişdim – okean, okean, okean”

Köpək balıqlarına ov edən ovçu ilə birgə Xose 2012-ci ilin 21 dekabrında onların qayıqlarının mühərriki sınır.

670ed0664578c2c4f5e0028c1090c1b5

Onların böyük gəmiləri cəlb etmək cəhdləri uğursuzluqla başa çatırdı. Xosenin gözü qabağında onun 15-18 yaşlı köməkçisi vəfat etmişdi. Xose həftələrlə, aylarla sağ qalmaq uğrunda mübarizə aparırdı. O, çiy balıq, qağayıların ətini yeyirdi, yağış yağmayanda isə o, susuzluğunu yatırtmaq üçün isə öz sidiyini içirdi.

Xoseni xilas etdikdən sonra o, belə demişdi: «Mən hər an dua etdiyim üçün sağ qaldım».

Xose hospitala yerləşdirildikdən sonra o, ailəsini və 10 yaşlı qızını görmək istədiyini demişdi. Lakin o, nə telefon nömrəsini, nə də yaşadıqları kəndin adını xatırlamadığını demişdi. O, çox şeyi unutmuşdu, hətta neçə yaşı olduğunu belə. Xose elə fikirləşir ki, onun 36-38 yaşı var. Lakin ağır sınaqlardan keçdiyi üçün o, yaşından olduqca yaşlı görsənir.

6b5a5e85f24fcef16084dc4606698333

«O, sanki bizimlədir, lakin eyni zamanda da uzaqdadı. O, hələ də orientasiya ola bilmir», -deyirdi tərcüməçi.

Adaların birində Xoseni tapıb hərbi gəmidə Macuroya gətirmişdilər.

Ebon adasının yerli əhalisi Xoseni tapır və onu qayığa qoyaraq əsas kəndə gətirir, orada ona paltar və yemək verirlər.

Norveçdə antropologiya fakültəsinin tələbəsi Ola Fildştadt Xosenin rəsmlərindən və jestlərindən nəsə başa düşə bilmişdi.

cf9fab845e4db4b2a21c0511777f64a9

Daha sonra kəndin başçısı adada yeganə telefon ilə Macuro rəhbərliyi ilə əlaqə saxlayır və adada belə bir insan tapdıqlarını deyir.

Xosenin qan təzyiqi aşağı idi, o, güclə hərəkət edirdi. Lakin həkimləri onun fiziki deyil, psixoloji sağlamlığı narahat edirdi. Ola bilsin ki, onu hələ uzun müddət həlak olmaq qorxusu izləyəcək.

Həkimlər ona güclərini bərpa etmək üçün uzun müddətli istirahət etməyi tövsiyə etmişdilər.

Adanın yerli sakinləri kimsəsiz adaya düşənlərin əksəriyyətinin çiy əti yeyə bilmədikləri üçün vəfat etdiklərini deyirlər. Həmin insanlar çiy əti yedikdə ürəkləri bulanır. Yəqin, Xosenin köməkçisi elə bu səbəbdən həlak olmuşdu. Lakin Xose çiy ət yeyirdi.

Son xəbərlər
Digər xəbərlər