20 C
Baku
Wednesday, May 29, 2024

Şagirdlərin yerdəyişməsi dayandırılır

8 yanvar 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

“Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar 2021-ci il saat 18:00-dək davam edəcək.Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.
Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, məlumatda qeyd olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər