9 C
Baku
Friday, December 13, 2024

Sağlamlıq imkanları məhdud uşağını təkbaşına böyüdən atalar pensiyaya vaxtından tez çıxacaq

Sağlamlıq imkanları məhdud uşağını təkbaşına böyüdən atalar 5 il pensiyaya tez çıxacaq.

Bu, parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklər layihəsində əksini tapıb.

Dəyişikliklə anası vəfat etdiyinə və ya anası ilə atasının nikahına xitam verildiyinə, yaxud anası valideynlik hüququndan məhrum edilmiş sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara da 5 il erkən pensiya hüququ veriləcək.

Qanuna dəyişikliklər layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər