9 C
Baku
Thursday, December 12, 2024

Sağlamlıq üçün çox təhlükəli olan smartfonlar bunlardır

“FeganScott” firması məhşur smartfonların təhlükəsizliyini qiymətləndirib. Ekspertlər müəyyən ediblər ki, bəzi “iPhone” və “Samsung” modelləri elektomaqnit şüasına görə sağlamlığa təhlükə yaradırlar.

Testlər ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfindən akkreditə edilmiş müstəqil laboratoriyalarda həyata keçirilib və ən təhlükəli cihazlar siyahısına iPhone 7 Plus, 8, XR, Samsung Galaxy S8, S9 və S10  daxil ediliblər. Ən çox da Samsung Galaxy S8-də şüalama limiti üç dəfə, iPhone 8-də isə beş dəfə yuxarıdır.

“FeganScott” nümayəndəsi bildirib ki, smartfon istehsalçıları öz məhsullarına görə məsuliyyət daşımalıdırlar, yəni, onların cihazları 500 faizlik şüa həddini keçməməlidir.

Qeyd edək ki, adıçəkilən hüquqi firma smartfonlardan ziyan çəkənlərin müalicəsi üçün “Apple” və “Samsung”dan pul da tələb edir.

Sınaqların nəticəsini dərc etdikdən sonra FCC nümayəndəsi Bloomberg-ə agentlik tərəfindən akkreditə eilmiş bütün cihazların təhlükəsiz olduğunu deyib.

©Bizplus

Son xəbərlər
Digər xəbərlər