6 C
Baku
Sunday, December 15, 2024

Sağlamlıq və maliyyə rifahımızın nitqimizlə birbaşa əlaqəsi var

Karma nitqimizlə müəyyən olunur.

Bu, yalnız ruhani insana deyil, maliyyə rifahını yaxşılaşdırmaq istəyən insanlara da aiddir. Bütün biznes məktəblərində danışmaq və dinləmək qabiliyyətinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Hətta cinayət dünyasında belə, bandit iyerarxiyası üzrə yüksəlmək üçün dili idarə etmək bacarığı olduqca önəmlidir. Orada Buddanın söylədiyi ən məşhur fikri dəfələrlə təkrar olunur: “Bir insanı söz ilə öldürmək mümkündür”. Üç dəqiqəlik hirs, onillik dostluğun məhv olmasına gətirib çıxara bilər. Sözlər karmağımızı müəyyənləşdirir. Siz on il ərzində mənəvi inkişaf, xeyriyyəçilik işləri ilə məşğul ola bilərsiniz, lakin bir səlahiyyətli şəxsi təhqir edərək, əlinizdə olan hər bir şeyi itirə bilərsiniz. Bunun kökü harada dayanır? Təhqirlərdə.

Veda astrologiyasına görə kölgəli Ketu planeti, təhqirlərə görə məsuliyyət daşıyan planetdir. Ketu tez bir zamanda, demək olar ki dərhal reaksiya verən bir planetdir. O, insanı cəzalandıraraq, onu bütün mənəvi və maddi nailiyyətlərindən məhrum edir.

Veda sivilizasiyasında hər bir insan öz nitqinə çox diqqətlə yanaşır. İnsanı onun nitqini dinləməmiş tanımaq çətindir. Müdrik insan digərlərdən öz nitqi ilə seçilə bilir. Nitq çox güclü enerjiyə malikdir. Bu sahənin mütəxəssisləri deyirlər ki, əgər insan öz nitqində kobud sözlərdən, təhqirlərdən və söyüşlərdən istifadə edirsə, gələcəkdə onun xərçəng xəstəliyinə tutulmaq ehtimalı yüksəkdir.

Nitq həyatın gücünün təzahürüdür

Dil bizə dua oxumaq və bizi İlahəyə yaxınlaşdıra biləcək mövzuları müzakirə etmək üçün verilib. Zərurət yarandıqda biz digər praktiki işləri də müzakirə edə bilərik. Əsas odur ki, bu incə həddi aşmayaq. Ayurvedada deyilir ki, nitq – prananın təzahürüdür, prana isə həyatın gücüdür. Prana nə qədər çox olarsa, insan da bir o qədər sağlam, müvəffəq və harmonik olar. Belə ki, prana insan danışan zaman xərclənir, əsas da kimisə təhqir və ya tənqid etdikdə. Statistikaya əsasən, mübahisələrin 90%-i kimsə haqda pis sözlər dediyimizə görə baş verir.

Öz nitqini ələ ala bilən insanlar, adətən, daha müvəffəqiyyətli olurlar. Kobud danışan insanlar isə demək olar ki, bütün iyerarxiyalarda sonuncu yerləri tuturlar. Bu qayda ölkələrə də aiddir. Almaniya və Yaponiya kimi inkişaf etmiş ölkələrə nəzər salsaq, görərik ki bu ölkələrdə nitq mədəniyyəti yüksək səviyyədə inkişaf edib. Bu amil ölkənin iqtisadiyyatına da öz təsirini göstərir.

Nitqimiz karmanı müəyyən edir

Bir şeyi başa düşmək vacibdir ki, əgər biz kimisə tənqid ediriksə, öz üzərimizə neqativ karmanı və həmin insanın xarakterinin ən pis cəhətlərini götürmüş oluruq. Karma qanunu bu cür fəaliyyət göstərir. Eynilə əgər kimisə tərifləsək, həmin insanın müsbət keyfiyyətlərini öz üzərimizə çəkmiş olarıq. Hətta qərb psixoloqları belə uğurlu və harmonik insanlar haqda düşünməyi və onlarla danışmağı tövsiyə edirlər. Lakin daxilimizdə eqoizm və paxıllıq hissləri gücləndiyi zaman, başqaları haqda yaxşı danışmaqda çətinlik çəkirik. Biz tənqid etməməyi öyrənməliyik, insanlara qarışı daha təmkinli və səbirli olmağı bacarmalıyıq. Mənim bir xəstəm olub, hansı ki müəyyən ildən sonra xəstəliyə düçar olmalı idi. Mən onun bu il nə etdiyini soruşdum. O mənə cavab verdi ki, bu il özünə heç kimi tənqid etməyəcəyini söz verib. Sonrakı illərdə, o, özünü daha yaxşı hiss etdiyi barədə mənə məlumat vermişdir.

Bizi tənqid edən hər bir kəs, bizə müsbət karmasını vermiş olur. Bəs bizim nitqimiz karma ilə necə işləyir? Maxabxaratada deyilir ki, əgər siz nəyisə etməyi planlayırsınızsa, bu haqda heç kimə heç nə deməyin. Nəyə görə az danışan insanlar daha çox şey əldə edə bilirlər? Çünki onlar öz enerjisini itirmirlər.

Nitqin digər bir qanunu isə ondan ibarətdir ki, əgər kiminsə üçün yaxşılıq edirsinizsə, bu haqda heç kimə deməyin. Daima lovğalıqla məşğul olan insanlar çox az bir şey əldə edə bilirlər.

“Qoy sol əlin sağ əlin etdiklərindən xəbəri olmasın”.

 

Son xəbərlər
Digər xəbərlər