9 C
Baku
Thursday, December 12, 2024

“Şahdəniz” üzrə dövlət büdcəsinə daxilolmalar kəskin artacaq

Gələn il dövlət büdcəsinin “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisindən formalaşan daxilolması 2 875 mln. manat səviyyəsində ehtimal olunur, bu da bu ilin göstəricisi ilə müqayisədə 78,6% çoxdur.

Bu barədə Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında” qanuna verdiyi rəydə bildirilib.

Rəydə qeyd olunur ki, “Şahdəniz” layihəsi üzrə HPBS (Hasilatın Pay Bölgüsü Sazişlərindən) mənfəət vergisi 1 610 mln. manat səviyyəsində nəzərdə tutulub.

Vurğulanır ki, neftin qiymətinin büdcədə ehtiyatlı yanaşma əsasında götürülməsi şəraitində növbəti ildə dövlət büdcəsində neft sektorunun payının cari ilə nisbətən azalacağı proqnozlaşdırılıb.

Rəyə əsasən, 2023-cü ildə dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları (2022-ci ildə ilkin olaraq 50 ABŞ dolları, dürüstləşmiş büdcədə 85 ABŞ dolları) nisbətində götürülmüşdür. Dövlət büdcəsi gəlirlərinin 16 297 mln. manatının və ya 53%-nin neft sektorunun payına düşməsi proqnozlaşdırılıb.

“2023-cü il üzrə nəzərdə tutulan neft sektoru üzrə daxilolmaların 11280,0 mln. manatının DNF (Dövlət Neft Fondu – red.) transfertlərinin 1650,0 mln. manatın ARDNŞ (SOCAR – red.) tərəfindən ödənilən vergilərin, 492,0 mln. manatının neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü Sazişlərindən mənfəət vergisinin və 2875,0 mln. manatının “Şahdəniz” yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin payına düşəcəyi ehtimal edilir”, – rəydə bildirilir.

Cədvəl 20. Neft sektoru üzrə ödənişlər, mln. manatla

Göstəricilər 2020 2021 2022

təsdiq olunmuş

2022 yenidən baxılan 2023

Layihə

DNF-dən transfert 12 200 11 350 12 710 11 517,5 11 280
ARDNŞ-nin vergi ödənişi 1 198,4 1 141,7 1 350 1 350 1 650
Hasilatın pay bölgüsü, mənfəət vergisi 603,7 1 044,6 630 1 060 492
Şahdəniz layihəsi üzrə HPBS mənfəət vergisi 1 610 2 875
Neft sektoru üzrə cəmi ödəniş 14 002,1 13 536,3 14 690 15 537,5 16 297
Dövlət büdcəsinin gəlirləri 24 681,7 26 396,3 26 816 29 197,8 30 720,7
Neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 56,7 51,3 54,8 53,2 53

 

Cədvəl “Büdcə zərfi”nə daxil olan məlumatlar əsasında Hesablama Palatası tərəfindən tərtib edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər