13 C
Baku
Tuesday, May 7, 2024

“Şahdəniz”dən indiyədək 1.4 mlrd. kubmetr qaz hasil olunub

2023-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 8 milyard kubmetr təbii qaz hasil edilib.

Banker.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, qazın 2.2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 4.4 milyard kubmetri “Şahdəniz”dən, 1.4 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən  4 faiz, yəni 319 milyon kubmetr artımla qaz hasil edilib.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 206 milyard kubmetr, “Şahdəniz”dən isə 187 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 131 milyard kubmetrdən çoxu  ixraca nəql edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər