25 C
Baku
Saturday, July 27, 2024

“Şahdağ” bu nazirliyin tabeliyinə verildi

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə bağlı bəzi məsələlər və Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.

Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Turizm Agentliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, bu iki qurum bundan öncə bir qrum kimi – Mədəniyyət və Turizm Nazirliyi kimi fəaliyyət göstərirdi. Cari ilin aprel ayında Azərpaycan Prezidentinin yeni formalaşdırdığı Nazirlər Kabinetində bu nazirlik ayrılaraq Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi kimi fəaliyyətə başlamışdı.

Son xəbərlər
Digər xəbərlər