2 C
Baku
Sunday, December 15, 2024

“Şahdağ Turizm Mərkəzi” 2,4 milyon manatlıq vergi borcunu kəskin azaldıb

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin dövlət büdcəsinə vergi borcu kəskin azalıb.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Şahdağ Turizm Mərkəzi”nin 25 iyun 2020-ci il tarixinə qədər 2 353 003 manat vergi borcu var idi. Hal-hazırda “Şahdağ Turizm Mərkəzi”nin vergi borcu 13 183 manat təşkil edir. Belə ki, “Şahdağ Turizm Mərkəzi” 2 339 820 manat vergi borcunu ödəyib.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,8 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Son xəbərlər
Digər xəbərlər