“TurStat” Analitik agentlik 20 yanvar 2019-cu il – Dünya Qar Günü ilə əlaqədar keçirilən internet vasitəsilə keçirilən sorğu əsasında MDB dövlətlərinin ən yaxşı qış kurortlarının reytinqini tərtib edib.
“32% səs ilə Belarusun Minsk vilayətində Loqoysk və Siliçi kurortları reytinqin liderləri olub. Qazaxıstanda Almatı yaxınlığındakı Şımbulak kurortu 23% səs ilə ikinci yerdə qərarlaşıb. Azərbaycanda Şahdağ və Tufandağ kurortları 16% səs ilə 3-cü yerdədir”,- agentlik qeyd edir.
Kurortların beşliyinə Ermənistanda Tsaxkadzor (8%) və Qırğızıstanda Karakol (6%) daxil olub.
Dünya Qar Günü Beynəlxalq Xizəksürmə İdmanı Federasiyasının təşəbbüsü ilə 2012-ci ildən başlayaraq hər il qış mövsümündə yanvar ayının son bazar günündən əvvəlki bazar günü qeyd edilir.