1 C
Baku
Saturday, December 14, 2024

“Şahdağ”a da dəmir yolu çəkiləcək

Prezident İlham Əliyev yeni istifadəyə verilən Bakı-Gəncə sürət qatarından danışıb.

Banker.az xəbər verir ki, ölkə başçısı qatarın istifadəyə verilməsi ilə Gəncəyə çatma vaxtının azaldığını deyib: “Biz keçən ilin sonunda Bakı-Gəncə sürət qatarını istifadəyə verdik, indi vaxt nə qədər qısalıb. Sürət qatarları həm sərnişinlər, həm də yüklər üçün daha yaxşıdır. Bakı-Yalama yolunun yenidən qurulması prosesi başlayandan sonra və buna paralel olaraq biz “Şahdağ” kurortuna da dəmir yolunun çəkilişini təmin edəcəyik. Biz indi Ləki-Qəbələ dəmir yolunun tikintisinə başlamışıq. Bu da həm Tufandağa, həm də Qəbələyə turistlərin gəlişi üçün daha yaxşı şərait yaradacaq”.

Son xəbərlər
Digər xəbərlər