23 C
Baku
Friday, April 19, 2024

“Asel Kredit” BOKT-un borcu azalıb

“Asel Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC (BOKT) 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

Banker.az xəbər verir ki, BOKT 2019-cu il ərzində sahibi tərəfindən nizamnamə kapitalının 800 min manatdan 3 mln. manata qaldırandan sonra həmin kapitalın bir hamsını faizli borclarının ödənişə yönəlib. Çünki, digər qurumlardan aldığı kredit borcunu 3 mln.-dan çox azaldıb.

“Asel Kredit”in digər maliyyə institutlarından cəlb etdiyi faizli borclarının həcmi 3 mln. 845 min manat təşkil edib. Bu öncəki ildə 6 mln. 856 mln. manat üzərində idi. Lakin, BOKT bir borcunu bağlayınca digərini alıb. Azərbaycan Mərkəzi Bankından 886 min manatdan çox kredit alıb, 500 min manatlıq yeni istiqrazlar emissiya etməklə vəsait cəlb edib.

İndi sual yaranır ki, BOKT bu borcları cəlb etməklə öz kredit funksiyasını necə təmin edə bilib? Hesabat analizləri onu deməyə əsas verib ki, “Asel Kredit” bu funkisiyadan nəinki istifadə edib, borclanma şəraitində, hətta müştərilərə verdiyi kreditlərinin həcmini bir qədər də azaldıb. Kredit portfeli son bir il içində 2% kiçilməklə 3 mln. 857 min manata qədər azalıb. BOKT-un cəmi aktilərinin həcmi 8 mln. 565 min manat təşkil edib.

Gəlirlər artıb

“Asel Kredit” ötən il ərzində 1 mln. 381 min manatlıq verdiyi kreditlərdən gəlir əldə edib, bu da artım deməkdir. Bununla belə BOKT ötən il ərzində 711 min manatlıq faiz xərci çəkib. Əlavə olaraq 1 mln. 222 min manatlıq qeyri-faiz xərcləri (inzibati, işçi xərci və s.) edib. Bütün bunlardan sonra ilin sonuna 32 min manatlıq xalis mənfəət əldə edib.

223 222 1

Son xəbərlər
Digər xəbərlər