7 C
Baku
Thursday, December 12, 2024

“Sahibkarlar Klubu” iş adamlarını bir araya gətirdi

®ABB “Sahibkarlar Klubu”na üzv olan bir qrup iş adamı ilə birgə tədbir təşkil edib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin dəstəyi ilə keçən toplantıda 30-dan çox sahibkar iştirak edib. Klubun bir illik fəaliyyətinə nəzər salınıb, iş adamları üçün yaratdığı imkanlar dəyərləndirilib.

Toplantı iştirakçıları vergi qanunvericiliyi, idxal-ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsi, eyni zamanda Azərbaycan bazarındakı mövcud fürsətlərlə bağlı məlumatlandırılıblar. İş adamlarını maraqlandıran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər