Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşü keçirilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, görüşdə sahibkarlar tərəfindən quşçuluq sektorunda yoluxucu xəstəliklərə qarşı peyvəndləmə sxemlərinin effektivliyinin artırılması, ölkəyə damazlıq quşların idxalına nəzarətin gücləndirilməsinin vacib olduğu barədə fikirlər irəli sürülüb.