7 C
Baku
Thursday, December 12, 2024

Sahibkarlar üçün: İnvestisiya təşviqi sənədi nə vaxt ləğv edilir?

Azərbaycanda 2016-cı ilin mart ayından başlayaraq investisiya təşviqi siyasəti həyata keçirilir

Banker.az “Vergilər” qəzeetinə istinadən məlumat verir ki, qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması məqsədi daşıyan investisiya təşviqi sənədi əldə edən sahibkarlar üçün müxtəlif vergi-gömrük güzəştləri nəzərdə tutulub.

Fərdi sahiblkarlar sənədi əldə etdiyi gündən gəlirin, hüquqi şəxslər isə mənfəətin 50 faizi həcmində 7 il müddətinə gəlir və ya mənfəət vergisindən azad edilirlər. Sənədi almış hüquqi şəxslərin və fərdi sahibkarların müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular da bu sənəd verilən andan 7 il müddətinə ƏDV-dən azaddır.

Bundan başqa, investisiya təşviqi sənədi alan hüquqi şəxslər və fərdi sahibkarlar 7 il müddətinə əmlak və torpaq vergisi ödəməkdən azad edilirlər. İnvestisiya təşviqi sənədi almış şəxs həyata keçirdiyi layihədə nəzərdə tutulan tələblərə riayət etmədiyi təqdirdə, yaxud layihədə göstərilən meyarlar pozulduğu halda, sənəd ləğv edilir. Bu zaman güzəştlər də öz qüvvəsini itirmiş olur.

İnvestisiya təşviqi sənədi almış şəxs həyata keçirdiyi layihədə nəzərdə
tutulan tələbləri və yaxud layihədə göstərilən meyarları pozduğu halda, sənəd ləğv edilir.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin açıqlamasına görə, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya olunmadıqda, habelə müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulan hallarda investisiya təşviqi sənədi ləğv olunduqda, vergilər üzrə faizlərin ödənilməsi istisna təşkil edir.

Digər hallarda isə investisiya layihəsinin icrasına başlandığı tarixdən vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi almış şəxslər tərəfindən yerinə yetirilməlidir. Yenidən hesablanan vergilərin məbləği isə investisiya təşviqi sənədinin ləğv edildiyi hesabat dövründə və ya vergi nəzarəti tədbiri zamanı qeyd olunan hal aşkar edildikdə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə ödənilməlidir.

Son xəbərlər
Digər xəbərlər