6 C
Baku
Sunday, December 15, 2024

Sahibkarlar üçün mühüm xəbər: yeni yoxlama növü tətbiq olunacaq

Azərbcanda sahibkarlıq sahəsində aparılan bəzi yoxlamaların reyestrə salınmadan da aparılması mükün olacaq.

Bu, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilib.

Əsasnamənin 1.5-ci maddəsinə görə, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Amma dövlət başçısının bu gün imzaladığı fərmanda isə həmin maddəyə 1.5-1 bəndi əlavə edilib. Yeni bənddə göstərilir ki, bu əsasnamənin müddəaları cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir.

Son xəbərlər
Digər xəbərlər