-1 C
Baku
Sunday, December 15, 2024

Sahibkarlara 5% ilə xammal krediti Expressbank-da

®İndi sənaye məhsullarının istehsalı və emalı (o cümlədən aqrar-emal) üzrə fəaliyyət göstərən sahibkarlar dövriyyə vəsaitlərinin artırılmasına Expressbank-dan 500 000 manatadək güzəştli kredit əldə edə bilərlər. Bu isə biznesini böyütmək istəyən sahibkarlara xammal ehtiyaclarını təmin etmək üçün lazımi vəsaiti dövlət dəstəyi ilə əldə etmək imkanı yaradır.

Bank Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində güzəştli krediti illik 5%-lə və 24 ayadək təklif edir.

Aşağı faizlə verilən kreditə həmçinin güzəşt müddəti də tətbiq edilir. Güzəşt müddəti kredit müddətinin yarısınadək ola bilər. Bununla da sahibkar güzəşt müddətində yalnız faiz borclarını ödəyir. Güzəşt müddəti bitdikdən sonra isə kredit borcunu aylar üzrə bərabər hissələrlə ödəyə bilər. 

Qeyd edək ki, ötən il Expressbank Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində öz müştərilərinə 8 mln manat həcmində maliyyə dəstəyi etmişdir.

Biznesiniz üçün SİF kreditinə ilkin müraciəti expressbank.az saytına keçid edərək onlayn formada edə bilərsiniz. 

Expressbank xidmətləri haqqında ətraflı məlumatı 132 nömrəsinə zəng edərək və ya rəsmi veb saytından, Facebook, Instagram səhifələrindən, Bankın filiallarından əldə edə bilərsiniz.

Expressbank – İşiniz rahat getsin!

 

Son xəbərlər
Digər xəbərlər