10 C
Baku
Thursday, December 12, 2024

Sahibkarlara “yaşıl işıq” yandırılması bank sektoruna necə təsir edəcək?

2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən prezident İlham Əliyev biznes sahəsinin yaxşılaşdırılması,  orta və kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi üçün tapşırıqlar verib.Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması ilə bağlı Milli Məclisə qanun layihəsi təqdim etdi. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”  qanun layihəsi parlamentdə qəbul edildi. 

Ölkə rəhbərliyi səviyyəsində sahibkarlıq üçün yaşıl işıq yandırılması təqdirəlayiq hal kimi dəyərləndirilir.  Kiçik və orta sahibkarlığa dövlət səviyyəsində “yaşıl işıq” yandırılmasının  bank sisteminə təsiri necə olacaq? Nəzərə alaq ki, sahibkarlığın yolu həm də bank sistemindən keçir.

Deputat Vahid Əhmədov Modern.az açıqlamasında bank sisteminin islahatlara ehtiyacı olduğunu vurğulayıb. “Kiçik və orta sahibklığın inkişafı  bank sistemindən asılıdır. Çünki kiçik və orta sahibkarların bankla ciddi əlaqələri olur, kreditlər götürürlər. Ona görə də bank sisteminin  özündə də müəyyən islahatlara ehtiyac var. Çünki bank vahidlərinin yüksək olması, müəyyən kreditlərin,  borc kreditləri həcminin artması və sairə  ciddi problemlərdir.

Son vaxtlar Milli Məclis tərəfindən qəbul edilən qanunlar, qanuna dəyişiklikər, vergi ilə əlaqədar olan islahatlar, o cümlədən, cənab prezidentin verdiyi fərmanlar, lisenziyaların sadələşdirilməsi, yoxlamaların dayandırılması kiçik və orta sahibkarlığın inkişafına təkan verməkdən ötrüdür.

Bu addımlar çox ciddi addımlardır. Kiçik və orta sahibkarlığın inkişafına müəyyən qədər təsir edəcək”. Vahid Əhmədovun sözlərinə görə bank sistemində islahatların aparılması məsələsində gecikmişik.

“Düzdür, artıq bank sistemində  islahatlar başlayıb. Bunu bir az da sürətləndirmək lazımdır. Sahibkarlığın inkişafında əsas rol oynayan amillərdən biri də bank sistemidir.

Bütün bank sisteminin islahata, dövriyyəsinin çoxaldırlasına çox böyük ehtiyac var. Amma Mərkəzi Bank müəyyən addımlar ataraq islahatlar aparıb. Faizlərin müəyyən hissəsini həll etməyə çalışıb. Mərkəzi bank verdiyi kredit faizinin normal vəziyyətdə saxlanılması üçün addımlar atılıb. Hələlik kifayət deyil”.

Son xəbərlər
Digər xəbərlər