Sahibkarlığın İnkişafı Fondu (SİF) 2019-cu il ərzində maliyyə hesabatının auditinin keçirilməsi üçün auditor seçir.
Şirkətlərdən təkliflər 1 noyabr saat 15:00-dək qəbul olunur.
Kotirovka sorğusunda müxtəlif meyarlar üzrə beynəlxalq reytinq cədvəllərində ilk yerlərdə olan və analoji maliyyə institutlarında kənar auditinin aparılmasında uzunmüddətli təcrübəyə malik audit şirkətləri iştirak edə bilərlər.
Bildirək ki, “PwC” Sahibkarlığın İnkişafı Fondunun 2018-ci il ərzində maliyyə hesabatının auditini keçirib.