Sahibkarlığın İnkişafı Fondunun 2018-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətlərinin satınalınması ilə bağlı elan edilən tenderin nəticələri açıqlanıb.
Banker.az Fonda istinadən xəbər verir ki, bu tenderin qalibi beynəlxalq audit şirkəti “Pricewaterhouse Coopers”in Azərbaycan nümayəndəliyi (“PwC Azerbaijan”) olub.
Sahibkarlığın İnkişafı Fondu və “PwC Azerbaijan” oktyabrın 25-də dəyəri 39 500 manat olan satınalma müqaviləsi imzalayıb