22 C
Baku
Thursday, May 2, 2024

Sahibkarlıq fəaliyyəti üzrə lisenziyaların sayı kəskin azalacaq

“Prezident İlham Əliyevin tapşırığı ilə lisenziyalaşdıran fəaliyyət növlərinin sayı kəskin azaldılmalıdır”.

Bunu “APA-Economics”ə açıqlamasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdeyib. O bildirib ki, lisenziya almaq istəyən sahibkarlar iki həftə gözləməlidir: “Mən sahibkarlıq subyektlərinə tövsiyə edərdim ki, hələlik bu siyahı tam dəqiqləşdirilməyənə qədər əgər yenidən fəaliyyətə başlayan sahibkarlar bu sahələr üzrə lisenziya almaq istəyirlərsə, bir qədər gözləsinlər. Bu müddət bundan sonra iki həftə ərzində  bitəcək. İki həftə ərzində yeni siyahı təsdiq olunandan sonra dövlət rüsumu ödəsinlər və müvafiq lisenziya alsınlar. Çünki indidən dövlət rüsumu ödəyərlər, lisenziya alarlar və sonradan bəlli olar ki, ümumiyyətlə, lisenziya almaq lazım deyil”.

Nazir qeyd edib ki, lisenziyaların verilməsi ilə bağlı artıq İqtisadiyyat və Sənaye Nazirliyində xüsusi qurum yaradılıb: “İqtisadiyyat və Sənaye Nazirliyi bütün xüsusi lisenziyaları “ASAN xidmət” vasitəsilə verəcək. Bu istiqamətdə işlər çox sürətlə aparılır. Nazirlikdə bununla bağlı yeni şöbə yaradılıb. “ASAN xidmət”də İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri əyləşib. Sabahdan onlar lisenziyaların verilməsi ilə məşğul olacaqlar. Bu proseslər çox operativ, yüksək səviyyədə keçiriləcək, şübhəsiz ki, çox şəffaf olacaq. Bütün xüsusi lisenziya almaq istəyən sahibkarlar vaxtında lisenziyaları alacaqlar. Onlara çox yüksək keyfiyyətdə onlara xidmət göstəriləcək”.

Qeyd edək ki, Ş. Mustafayev səsvermə hüququndan istifadə edərək səs verib. O, vətəndaşların seçkidə fəal iştirak etdiklərini söyləyib: “Hesab edirəm ki, Azərbaycanda seçkilər yüksək səviyyədə, demokratik, insan hüquq və azadlıqları tam qorunmaq şərti ilə keçirilir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər