9 C
Baku
Friday, December 13, 2024

Sahibkarlıqla məşğul olan fiziki şəxslərin hesablarına 1,6 mln. manat daxil edilməyib

Bəzi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrini verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanılmış ümumilikdə 1 mln. 641,7 min manat məbləğində vəsait müvafiq hesablara daxil edilməyib, məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının bağlanılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görülməyib.

Bu barədə “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub. Sənəddə vurğulanıb ki, əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmayıb, bir çox hallarda arxivləşdirilmiş pensiya işləri üzrə uçot vərəqələrinə ailə başçısını itirmiş ailələrin pensiya almaq hüququ olan ailə üzvlərinin, əlilliyə görə pensiyaçının himayəsində olan uşaqlarının doğum haqqında şəhadətnamələrinin surətləri, eləcə də əmək qabiliyyətsiz ailə üzvünə görə sosial müavinətin alıb-almaması haqqında müvafiq arayışlar əlavə olunmayıb. Nəticədə şöbələr üzrə ümumilikdə 77 387 manat məbləğində artıq, 1122,4 manat məbləğində əskik ödənişlər həyata keçirilib.

Əlilliyə görə pensiyaçıların 2017-ci ilin 1 iyul tarixinədək olan dövrdə işləyib-işləməməsi nəzarətdə saxlanılmayıb, nəticədə işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin müəssisə və təşkilatlarda çalışan muzdlu işçilərə, habelə aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə ümumilikdə 203134,5 manat məbləğində artıq pensiya ödənilib.

Uşaqların sağlamlıq imkanlarının məhdudluğuna görə, sosial müavinət və eyni zamanda əlilliyə görə pensiya alan bir sıra şəxslərin pensiya məbləğinin üzərinə əmək qabiliyyəti olmayan uşaqlarına görə ailə əlavəsi də hesablanaraq ümumilikdə 22,9 min manat məbləğində artıq pensiya ödənişi həyata keçirilib. Auditlə əhatə olunan dövrdən əvvəl təyin edilmiş pensiya işlərinin araşdırılması göstərib ki, pensiyanın sığorta hissəsi düzgün hesablanmayıb.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayonu, Quba və Salyan rayonları və Mingəçevir şəhər şöbələrində dövlət büdcələrindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasının auditi nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilmədiyi, bir sıra hallarda sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslər üzər məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanmasının düzgün həyata keçirilmədiyi müəyyən edilib, həmin nəzarət tədbirləri nəticəsində 251,5 min manat məbləğində əlavə vəsait hesablanıb.

Son xəbərlər
Digər xəbərlər