10 C
Baku
Friday, December 13, 2024

Sahibləri idman məşqlərinə görə mükafatlandıran bank kartı yaradılıb

ABŞ-ın “Paceline” sağlamlıq şirkəti öz sahiblərini fiziki aktivliyə görə mükafatlandıracaq qeyri-adi “Visa Signature Paceline” bank kartını istifadəyə verib.

Bu kart üçün əsas “cashback” 1,5% təşkil edir. Lakin həftədə ən azı 150 dəqiqə məşqə sərf etsəniz, onu ikiqat artırmaq olar.

Təlimin intensivliyi xüsusi proqram və insanın fiziki fəaliyyətini qeyd edə bilən smart saatdan istifadə etməklə müştərinin hesabına əlavə olunur.

“Paceline Visa Signature” müştəriləri üçün təlim növlərinə məhdudiyyət qoymur. Şirkət üçün müştərinin həftədə ən azı 150 dəqiqə ürək döyüntüsünün artması kifayətdir.

Son xəbərlər
Digər xəbərlər