10 C
Baku
Friday, December 13, 2024

Sahil Babayev: Yaşa görə orta aylıq pensiya 395 manatdır

Bu ilin birinci yarımilliyində DSMF-in əhaliyə ödənişləri 4.2 faiz və ya 102 mln. manat çox olmaqla 2 mlrd. 507 mln. manat olub.

Banker.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında danışıb.

Nazir qeyd edib ki, bu dövrdə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən  4.5% (104 mln. manat) çox olmaqla 2 mlrd. 443 mln. manat  vəsait yönəldilib.

Pensiyaların orta aylıq məbləği 11%-ədək artaraq 364 manata, yaşa görə orta aylıq pensiya isə 10.2 faiz artaraq 395 manata çatıb.

Son xəbərlər
Digər xəbərlər