10 C
Baku
Wednesday, December 11, 2024

Şahin Bağırov: “Bəzi insanlar “Yaşıl Dəhliz”in imkanlarından su-istifadə edirlər”

Bəzi insanlar “Yaşıl Dəhliz” buraxılış sisteminin imkanlarından su-istifadə edirlər.

Bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

“Insanlar “Yaşıl Dəhliz”in imkanlarından faydalanıb, telefon, qızıl əşyalar gətirməyə çalışır. Bu yaxınlarda Türkiyədən gətrilən 1,4 kiloqramlıq qızıl əşyaları da “Yaşıl Dəhliz”də saxlanılmışdı.

Saxlanılan malların böyük əksəriyyəti “Yaşıl Dəhliz” vasitəsi ilə gətirilib. Biz uzun yol gələn, xüsusən də hava yolu ilə gələn sərnişinlərin “Yaşıl Dəhliz”dən daha rahat istifadə etməsini istəyirik”, – Ş. Bağırov deyib.

Qeyd edək ki, “Yaşıl Dəhliz” buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.

“Yaşıl dəhliz” buraxılış sisteminin 6 əsas üstünlüyü var – sərhəd buraxılış məntəqələrindən prioritet keçid, gömrük xidmətlərindən istifadə zamanı prioritetlik, mimimum fiziki yoxlamalar, gömrük ekspertizasının prioritet qaydada aparılması, gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması, xarici ticarət üzrə təlimlərdə iştirak.

Bununla yanaşı 2 spesifik üstünlükləri mövcüddür idxal olunan malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə gəlmədən malların boşaldılması, gömrüyə gəlmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər