2 C
Baku
Sunday, December 15, 2024

Salome Zurabişvili: “Bütün Gürcüstan Ukraynanın tərəfindədir”

Gürcüstan Prezidenti Salome Zurabişvili Ukraynanın ən böyük şəhərlərinə edilən kütləvi raket hücumlarını pisləyib.

“Kiyevin və digər şəhərlərin bombalanması ilə bağlı dəhşətli xəbər. Məhv etmək, qorxu salmaq məqsədi ilə dinc əhaliyə qarşı ayrıseçkilik etmədən hücum. Amma dünya Ukrayna millətinin qətiyyətini gördü. Bütün Gürcüstan Ukraynanın tərəfdarıdır”, – deyə ölkə lideri vurğulayıb.

Bazar ertəsi səhər Rusiya ordusu Ukraynanın ən böyük şəhərlərinə və demək olar ki, bütün rayon mərkəzlərinə ən azı 100 raket və pilotsuz təyyarə zərbəsi endirib. Rusiya infrastruktur obyektlərini, o cümlədən elektrik şəbəkəsinə ziyan vurmağa çalışıb.

Son xəbərlər
Digər xəbərlər