15 C
Baku
Saturday, April 20, 2024

Salvadorda 40 min yerlik nəhəng həbsxana açıldı

Salvadorda 40 min yerlik meqa həbsxana açılıb.

Hakimiyyət orqanlarının fikrincə, bu, onların ölkədəki cinayətkar dəstələrlə mübarizə planının bir hissəsidir.

Həbsxanada asayişi qorumalı olan 800-dən çox əsgər və polis əməkdaşı çalışacaq. Bundan əlavə, yeni islah müəssisəsi digər həbsxanalarda sıxlıq problemini həll etməli və ümumiyyətlə, sistemi yüngülləşdirməlidir.

Ədliyyə nazirinin müavini Osiris Luna bildiirb ki, “Salvador xalqına kədər və ağrı yaşadan bütün terrorçular cəzalarını ən ağır rejimdə çəkəcəklər”.

Salvador prezidenti əlavə edib ki, məhbuslar yeni həbsxanaya fahişələr, oyun konsolları, televizorlar, mobil telefonlar və kompüterlər keçirə bilməyəcəklər.

Son xəbərlər
Digər xəbərlər