27 C
Baku
Sunday, April 28, 2024

Salvadorda məktəblilərə bitkoindən istifadə qaydaları öyrədilməyə başlayıb

Salvador dünyada bitkoini leqallaşdıran və ona rəsmi qanuni ödəniş statusu verən ilk ölkə olub. Ölkədə “Bitcoin Beach” layihəsinin komandası uşaqlara kriptovalyuta pul kisələrini yaratmağı və token göndərməyi öyrədir. Təşkilat rəhbəri iddia edir ki, rəqəmsal valyuta ilə işləmək bacarığı gələcəkdə uşaqlara işlə təmin olunmağa kömək edəcək.

“Biz onlara pul, firavanlıq və arzular haqqında danışırıq. Biz uşaqlara pul kisəsini yaratmağı, ilk Satoşi əldə etməyi və əməliyyatlar aparmağı öyrədirik”, – deyə “Bitcoin Beach”in rəhbəri Roman Martinez bildirib. Onun sözlərinə görə, məktəblilər yeni texnologiyanı həvəslə qarşılayırlar.

Martinez hesab edir ki, kriptovalyutalarla işləmək bacarığı uşaqların gələcəkdə işlə təmin olunmasına kömək edəcək: “Əgər onlar ingilis dilini, kompüterdən istifadə etməyi və kriptovalyutalarla işləməyi bilsələr, bütün dünyada distant işləyə biləcəklər. Bu, böyük bir qapıdır və indi onlar üçün açıqdır”.

“Bitcoin Beach” hər cümə günü məktəblərə gəlir. Eyni zamanda imkansız ailələrin uşaqları da kurslarda iştirak edirlər. Layihə komandası pula və onun idarə olunmasına çox diqqət yetirir, çünki məktəblərdə bu barədə danışmırlar.

Ölkədə məktəblilərə bitkoinlərlə necə davranmağı öyrədən başqa bir qeyri-kommersiya təşkilatı da var. Bu, artıq 25 mindən çox uşağa təlim keçmiş “My First Bitcoin”dir.

Salvador dünyada bitkoini qanuni ödəniş vasitəsi kimi tanıyan ilk ölkə olub. Bu, 2021-ci ildə baş verib. Sonra prezident Nayib Bukele Salvador və “Strike” arasında bitkoin texnologiyasından istifadə edərək müasir maliyyə infrastrukturu yaratmaq üçün tərəfdaşlıq elan edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər