-3 C
Baku
Sunday, December 15, 2024

“Salyan – Avtovağzal” ləğv edilir, 63 minlik səhmi dövriyyədən çıxarılır

“Salyan-Avtovağzal” ASC və “Salyan -Sərnişin” ASC ləğv edilir.

Banker.az xəbər verir ki, “Salyan-Avtovağzal” ASC-nin ləğv edilməsi ilə əlaqədar dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 2.00 manat olan 31 689 ədəd adi, sənədsiz, adlı səhmi silinərək dövriyyədən çıxarılır.

Həmçinin “Salyan-Sərnişin” ASC-nin ləğv edilməsi ilə əlaqədar dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 2.00 manat olan 159750 ədəd adi, sənədsiz, adlı səhmi silinərək dövriyyədən çıxarılır.

 

Son xəbərlər
Digər xəbərlər